Ukrayna millisinin baş məşqçisi postundan ayrılıb.
Fanat.Az xəbər verir ki, Aleksandr Petrakov istefa ərizəsini futbol vederasiyasına təqdim edib.
Bu barədə UFF-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda pley-offda Uelə uduzaraq 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib. Mütəxəssis buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət gənclər və gənclər yığmalarını çalışdırıb.
Petrakovun yerinə əsas namizəd hazırda Birləşmiş Ərəb Əmirliklərindən "Əl-Əyn" klubunda işləyən Sergey Rebrovdur.
Mirağa