Niderland millisinin hücumçusu Vaut Veqorst "Mançester Yunayted"də tibbi müayinədən keçib və müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsinə imza atıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Romano şəxsi "Twitter" hesabında belə yazıb:
"Mançester Yunayted" tibbi müayinədən uğurla keçən Veqorstu mövsümün sonuna qədər icarəyə götürüb. Futbolçunun məxsus olduğu "Börnli" ilə razılığa əsasən, Mançester təmsilçisi sonradan onun transfer hüquqlarına da yiyiələnə bilər".
Xatırladaq ki, DÇ-2022-də 2 qol vuran Veqorts icarə əsasında "Beşiktaş"ın formasını geyinirdi.
Nihat