"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan İngiltərə Liqa Kubokunun 1/4 fianlında "Sauthempton"a məğlubiyyətdən (0:2) sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, Almaniya yığmasının türk futbolçusunun dediklərini jurnalist Mark Miney şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Qələbələri sıralayırdıq. Ancaq hiss edirəm ki, hazırda komandada nəsə çatmır. "Mançester Siti" uğura son illərdəki qədər ac deyil. Bizə daha çox istək lazımdır. "Sauthemton"dan alınan məğlubiyyətin bizə müsbət təsir edəcəyinə ümidliyəm".
Xatıraladaq ki, "Mançester Siti" sabah İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində əzəli rəqibi "Mançester Yunayted"lə qarşılaşacaq.
Nihat