FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.
Buna səbəb İstanbul təmsilçisinin Lukas Torreyranın transferi zamanı futbolçunun agentinə ödəniş etməməsidir.
Xəbərə görə, "Qalatasaray"ın cəzası 18 500 dollarlıq ödənişi etdikdən sonra aradan qalxacaq.
Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi cari mövsümün əvvəlindən Super Liqa klubunda çıxış edir.
Röya