İtaliyanın "Napoli" klubunun rəhbərliyi komandanın baş məşqçisi Luçano Spalletti ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Neapol təmsilçisinin idarəçilərinin hazırda mütəxəssislə danışıq apardığı və onun müqaviləsinin müddətinin 2025-ci ilin yayına qədər uzadılacağı bildirilib.
Qeyd edək ki, 2021-ci ilin yayından indiki postunda olan Spalletinin "Neapol"la hazırki anlaşması cari mövsümün sonunadək nəzərdə tutulub.
Nihat