Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin daha bir komanda yoldaşı "Dinamo Zaqreb"i tərk etməyə hazırlaşır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Xorvatiya çempionunun kapitanı Arikan Ademi bir neçə klubun maraq dairəsinə düşüb.
Mənbənin məlumatına görə, Ademinin keçidinə can atan ilk klub "Valensiya" və onun baş məşqçisi Cennaro Qattuzodur. Tərəflərin maddi planda da razılığa gələ biləcəyi qeyd olunub. Bununla belə, başqa bir problem var. İspan qəzeti yazıb ki, adı açıqlanmayan iki İngiltərə Premyer Liqası klubu da "Dinamo"nun kapitanı ilə maraqlanır.
Ademinin “Dinamo” ilə 2026-cı ilə qədər keçərli olan müqaviləsi var.
Qeyd edək ki, Zaqreb klubu qış fasiləsində hücumçusu Mislav Orşiçi İngiltərə Premyer Liqa klubu "Sauthempton"a satıb.
Mirağa