Dortmund "Borussiya"sının ulduzu və Almaniya millisinin hücumçusu Yussufa Moukoko yaşını azaltmaqda şübhəli bilinir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Kamerun əsilli futbolçu 18 yox, əslində 22 yaşındadır.
Faktın üstü Kamerunun U-17 millisinin hazırlıqları zamanı açılıb. Məlum olub ki, qeydiyyatdan keçmiş 30 futbolçudan 21-i yaşlarına görə həmin komandada oynamaq hüququna malik deyil. Baş məşqçi Jan Pyer cəld reaksiya verib heyəti dəyişdirsə də, bu dəfə işləri daha da qarışdırıblar. Belə ki, yeni çağırılanlar arasında əvvəlki illərdə komandada oynamış 11 nəfərin, o cümlədən Moukokonun da adı olub. Sənəddə futbolçunun 2000-ci il təvəllüdlü olduğu üzə çıxıb.
"Daily Mail" bununla bağlı Almaniya Futbol Federasiyası ilə əlaqə saxlayıb. Nəşrə deyilənlərlə bağlı açıqlama verilməyəcəyi bildirilib.
Mirağa