Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Express": "Borussiya Dortmund"un futbolçusu Cud Bellinqem "Real Madrid"dən təklif alıb. Madrid təmsilçisi artıq İngiltərə millisinin yarımmüdafiəçisi ilə əlaqə saxlayıb. 19 yaşlı futbolçu "Liverpul", "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi"nin də maraq dairəsindədir.
İnsayder Fabritsio Romano: "Valensiya"nın futbolçusu Yunus Musaya İngiltərə Premyer Liqası klublarından maraq var. 20 yaşlı amerikalı yarımmüdafiəçisi "Çelsi" və "Arsenal"ın diqqət mərkəzindədir. Musa həmçinin İtaliyadan "İnter"in də transfer hədəfidir.
"Sport": "Barselona" müdafiəçisi Erik Qarsiyanı sata bilər. Kataloniya təmsilçisi 2021-ci ildə "Mançester Siti"dən transfer etdiyi İspaniya millisinin üzvü üçün təkliflərə açıqdı. Bu yay Jül Kunde ilə Andreas Kristenslə müqavilə imzayan "Barselona" 21 yaşlı futbolçunu artıq hesab edir.
"Fichajes": "Mançester Yunayted" və "Arsenal" "Betis"in futbolçusu Luis Enrikeyə elçi düşüb. Mixail Mudrikin "Çelsi"yə keçidindən sonra hücumçu axtarışında olan "Arsenal" bu qış keçidi rəsmiləşdirmək arzusundadır.
Röya