"Arsenal"ın baş məqşçisi Mikel Arteta İngiltərə Premyer Liqasının son turunda keçirdikləri matçdan - "Tottenhem"lə görüşdən (2:0) sonra "topçular"ın qapıçısı Aaron Ramsdeylin başına gələnlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında "Tottenhem" azarkeşinin qolkiperi təpiklə vurduğunu görmədiyini deyib:
"Bu barədə nə düşünürəm? Heç nə görməmişəm. Meydandan ancaq əla futbol gördüm".
Xatırladaq ki, azarkeşlərdən biri final fitindən sonra qapının arxasına keçən Ramsdeyli təpiklə vurub.
Nihat