"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olacaq komandanın adını açıqlayıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 12 dəfə İngiltərə çempionluğunun sevincini yaşamış Nevill belə danışıb:
"İngiltərə çempionatının qalibi "Mançester Siti" olacaq. "Mançester Yunayted" isə ikinci yeri tutacaq".
Qeyd edək ki, hazırda İPL-in turnir cədvəlində "Arsenal" 47 xalla 1-ci, "Mançester Siti" (39) 2-ci, "Nyukasl" (38) 3-cü, "Mançester Yunayted" (38) isə 4-cü pillədə mövqe tutub. MS ölkə birinciliyinin son qalibidir.
Nihat