Niderlandlı tanınmış məşqçi Qus Hiddink Mixail Mudrikin "Çelçi"yə keçidi barədə danışıb.
Fanat.Az xəbər verir ki, Rusiya millisinin sabiq baş məşqçisi ukraynalı futbolçuların Premyer Liqa klublarına transfer olunmasına baxmayaraq, onların ruslardan zəif olduğunu bildirib.
"RB Sport" Hiddinkin dediklərini belə çatdırıb: “Ukraynalı futbolçuların tərifi göyə qaldırılsa da, onlar rusiyalı oyunçulardan güclü deyillər, əksinə zəifdirlər. Siz başa düşməlisiniz ki, rusiyalı futbolçular indi dünyada baş verən proseslərə görə Avropa klublarına aparılmır”.
Qeyd edək ki, ötən həftə ukraynalı yarımmüdafiəçi Mixail Mudrik 100 milyon avroya "Şaxtyor"dan “Çelsi”yə keçib. Bundan başqa, Premyer Liqada müvafiq olaraq “Everton” və “Arsenal”ın şərəfini qoruyan ukraynalı müdafiəçi Vitali Mykolenko və yarımmüdafiəçi Aleksandr Zinçenko da çıxış edir.
Mirağa