"Liverpul"un baş məşqçisi Yürgen Klopp portuqaliyalı hücumçu Dioqu Jotanın durumuna aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, alman məşqçi bu barədə "Liverpool Echo"ya danışıb:
“Jotanın nə qədər müddətə tam formaya düşəcəyini dəqiq bilmirəm, amma o, çox gözəl görünür. O, artıq meydandadır və çox şeylər edir, lakin daha bir neçə həftə bizim üçün əlçatmaz olacaq.
Onun Çempionlar Liqası oyunlarına qayıtması mümkündürmü? Məncə hə, amma dəqiq deyə bilmərəm".
"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real"la fevralın 21-də qarşılaşacaq.
Xatırladaq ki, portuqaliyalı forvard oktyabrda zədələnib. O, zədə səbəbindən Qətərdə keçirilən dünya çempionatını buraxıb. Hücumçu bu mövsüm "Liverpul"un heyətində cəmi 4 oyuna çıxıb.
Mirağa