Argentina millisinin gənc futbolçusu Entso Fernandes üçün "Benfika"ya rəsmi təklif göndərən və yekunda rədd cavabı alan "Çelsi" inadından əl çəkmək niyyətində deyil.
Fanat.Az "Record"a istinadən xəbər verir ki, "zadəganlar" Portuqaliya təmsilçisinə yeni təklif hazırlayır.
Xəbərə görə, İngiltərə nəhəngi bu ayın sonlarında 22 yaşlı oyunçuya görə qarşı tərəfə daha bir rəsmi müraciət ünvanlayacaq.
Qeyd edək ki, "Benfika" Entsonu 127 milyon avroya satmaqda israrlıdır. Bu üzdən "Çelsi"nin 90 milyonluq ilkin təklifi portuqaliyalıları qane etməyib.
Nihat