"Bayern Münhen" Çempionlar Liqasının 1/8 finalında PSJ ilə oyuna itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, Almaniya klubunun hücumçusu Sadio Mane sözügedən qarşılaşmanı buraxacaq.
Məlumatı jurnalist Dani Hill yayıb. Onun sözlərinə görə zədəli olan futbolçu PSJ ilə matça qədər komandanın sıralarına dönə bilməyəcək.
Münhen təmsilçisi futbolçunun müalicəsini sürətləndirməyə çalışsa da, noyabrın 17-də baldırından əməliyyat olunan seneqalının tezliklə yaşıl meydanlara dönəcəyi gözlənilmir.
Qeyd edək ki, "Bayern Münhen"in PSJ ilə matçı fevralın 15-də keçiriləcək.
Röya