"Bayer Leverkuzen" özbəkistanlı Eldor Şomurodovu almaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Nikola Skira yayıb.
Mənbənin məlumatına görə, "Roma" hücumçusuna görə Almaniya Bundesliqa təmsilçisindən 13-14 milyon avro almaq niyyətindədir. Almanlar 27 yaşlı forvard uğrunda İtaliyanın “Torino”, “Spice” və “Kremoneze”, Fransanın “Lill” və İspaniyanın “Valyadolid” klubları ilə mübarizə aparacaq.
Eldor Şomurodov 2021-ci ilin yayından “Roma”da çıxış edir. Cari mövsümdə özbək hücumçu əsas heyətdə yer almayıb və 8 matçda cəmi 151 dəqiqə keçirib. Futbolçunun hesabında 1 qol var. Şomurodovun paytaxt klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Mirağa