Çelsi bu qışın ən bədxərc klubu olub.
Fanat.Az "Deloitte" audit şirkətinə istinadən xəbər verir ki, Premyer Liqa klubları qışda transferlərə 440 milyon funt-sterlinq xərcləyib. Son rekord 2018-ci ildə qeydə alınıb. Həmin ilin yanvarında ingilis klubları 430 milyon funt-sterlinq xərcləyib.
Çelsi bu qış ən bədxərc klub olub. Yeni transferlər kluba təxminən 180 milyon funt-sterlinqə başa gəlib. Cari transfer pəncərəsində "zadəganlar" Mixail Mudrik, Benua Badiaşile, Noni Madueke, Andrey Santos, David Fofana ilə müqavilə imzalayıb və Juan Feliksi icarəyə verib.
Rafael