Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Athletic": "Aston Villa" yayda "Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanqı almağı planlaşdırır. Bundan əlavə, komandanın baş məşqçisi Unai Emeri "Lion"dan Mussa Dembele, "Udineze"dən Jerar Deulofeu və "Çelsi"dən Hakim Ziyeşi də gözalıtı edib.
"La Repubblica": "Tottenhem" qapıçısı Uqo Lyorisə əvəzedici tapıb. İngiltərə təmsilçisi "Napoli"dən Aleks Meretanı bəyənib. 25 yaşlı italiyalı əvvəlki formasını itirən Uqonun yerini ala bilər. Onun klubu ilə müqaviləsi 18 ay sonra başa çatacaq. Ona görə A Seriyası klubu Aleksi yayda sata bilər.
"L’Equipe": PSJ "Lion"la Rayan Şerkin transferi ilə bağlı danışıqlar aparır. 19 yaşlı vingerin klubu müqaviləsi 18 ay sonra başa çatır. O, Avropanın ən istedadlı gənclərindən hesab olunur. PSJ onu bu qış komandanı tərk edən Pablo Sarabiyə əvəzedici olaraq görür.
Rəsmi: "Tottenhem" "Vilyarreal"ın futbolçusu Arnaut Dancumanı heyətinə qatıb. Niderlandlı hücumçu mövsümün sonuna kimi icarə əsasında İPL klubunda çıxış edəcək.
Röya