Dortmund "Borussiya"sı "Real Madrid" və "Liverpul" kimi Avropa nəhənglərinin transfer etmək istədiyi Cud Bellinqhemi satmaq istəmir.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, əksinə, ona klub tarixində rekord müqavilə təklif olunacaq.
19 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə əsasən, "Borussiya"nın tarixində ən çox maaş alan futbolçu olacaq.
Mənbənin məlumatına görə, klub ingilis futbolçuya illik 15 milyon avro ödəməyə hazırdır. Futbolçunun nümayəndələrinin qışın sonunadək “Borussiya” rəhbərliyi ilə danışıqlara başlayacağı bildirilir.
Mirağa