Portuqaliyanın "Sportinq" klubunun müdafiəçisi Pedro Porro karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Lissabon təmsilçisinin 23 yaşlı Porroya elçi düşən "Tottenhem"lə apardığı danışıqlar yekunlaşmaq üzrədir. Mənbə "Sportinq"in tələb etdiyi məbləğin - 45 milyon avronun hissə-hissə ödənilə biləcəyini diqqətə çatdırıb. Hotspur klubunun sözügedən oyunçu ilə 5 illik müqavilə bağlamağı hədəflədiyi bildirilib.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə "Sportinq" forması ilə 4 qol vuran Porro 9 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat