Moskva "Lokomotiv"inin hücumçusu Vilson İzidor karyerasını Fransada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.
Xəbərə görə, 22 yaşlı fransalı forvardın xidmətində "Olimpik Lion" maraqlıdır. Mənbə "Lion" rəhbərliyinin, eləcədə də komandanın baş məşqçisi Loren Blanın sözügedən Rusiya klubu ilə əlaqə saxladığını vurğulayıb. Danışıqların davam etdirildiyi, keçidin Fransa təmsilçisinə təxminən 6 milyon avroya başa gələ biləcəyi açıqlanıb.
Nihat