Futbol üzrə Belçika çempionatında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Serkl Brügge”yə uduzub - 2:3.
Hazırda 38 xalı olan “Gent” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.