"Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya A Seriyasının son turunda 1:2 hesabı ilə məğlub olduqları "Napoli"nin hücumçusu Viktor Osimhenə oyundan sonra nə dediyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, DAZN portuqaliyalı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Osimhen Didye Droqba səviyyəsində hücumçudur. Ancaq Didye hər dəfə yerdə qalmırdı. Böyük büdcəsi olan klubda işləsəydim, Osimheni alardım. Onu da deyim ki, Viktor nə vaxtsa İngiltərədə oynamalı olsa, bu xasiyyətini tərgitməlidir. İtaliyada simulyasiyaya dözürlər. İngiltərədə isə belə hərəkətlər edən futbolçulara qarşı daha sərt davranırlar.
Oyundan sonra Osimhenə mükəmməl qol vurduğunu, amma simulyasiyadan əl çəkməli olduğunu dedim. Hə, qapımıza vurduğu qol fantastik alındı. Ötən mövsüm də bizə qarşı əla oynamışdı. sadəcə, simulyasiya etməməlidir".
Nihat