Argentina millisinin və PSJ-nin superulduzu Lionel Messi formasını geyindiyi Fransa nəhənginin bossları ilə planlaşdırdığı görüşü təxirə salıb.
Fanat.Az xəbər verir ki, informasiya "TyC Sports"un jurnalisti Qaston Edula məxsusdur.
Xəbərə görə, Messi DÇ-2022-dən öncə PSJ rəhbərliyi ilə yeni 1 illik anlaşma barədə şifahi razılığa gəlib və tərəflər mundialdan sonra danışıqlar masası arxasına əyləşməyi planlaşdırıblar. Mənbə məhz dünya birinciliyinin qalibi adını qazanan Messinin sonradan fikrini dəyişdiyini və qısamüddətli sözləşmə variantını uyğun hesab etmədiyini açıqlayıb. Bununla yanaşı, Leonun "Barselona" və Səudiyyə Ərəbistanı təmsilçiləri ilə danışıq aparmadığı, sadəcə, PSJ-dən uzunmüddətli müqavilə təklifi gözlədiyi vurğulanıb.
Nihat