"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 20-ci turu çərçivəsində keçirdikləri matçı - "Malyorka"ya 0:1 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını bildirib:
"Hə, ağır məğlubiyyətdir. Rəqibdən belə oyun gözləyirdik. Bizim üçün çox çətin matç oldu. Bəxtimiz gətirmədi, erkən qol buraxdıq. Qapımızda qol görəndən sonra ifrat sayda qayda pozuntularına şahidlik etdik. Oyun tez-tez dayandığı üçün temp aşağı düşdü... Məncə, ümumilikdə zəif oynamadıq. Heç-heçəyə layiq idik. Təəssüf ki, penaltidən qol vurmaq şansımızı boşa verdik. Rəqibin cərimə meydançasında başqa qol vəziyyətlərimiz də oldu. Ancaq artıq nəyisə dəyişə bilmərik. İndi böyük entuziazmla yollanacağımız klublararası dünya çempionatı barədə düşünməliyik".
Nihat