"Atletiko Madrid" baş məşqçisi Diyeqo Simeone ilə vidalaşmayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, klubun prezidenti Enrike Sereso mütəxəssisi istefaya göndərmək fikrində deyil.
Tərəflər arasında görüş keçirilib və Sereso Simeoneyə gələn mövsümə qədər postunda qalacağını bildirib.
Qeyd edək ki, 52 yaşlı məşqçi 2011-ci ildən Madrid klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında iki çempionluq, bir kubok, iki Avropa Liqası, iki Avropa Superkuboku və bir İspaniya Superkuboku qazanıb, eyni zamanda iki dəfə Çempionlar Liqasının finalına çıxıb.
Röya