Əfsanəvi braziliyalı futbol veteranı Ronaldinyo hücumçu və yarımmüdafiəçi mövqeyində oynayan 17 yaşlı oğlu Joao Mendes de Assis Moreyranın "Barselona"nın akademiyasına götürüldüyünü təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "Sport.es" onun dediklərini belə çatdırıb:
"Barselona" həyatımın bir parçasıdır. Bu klub həmişə mənimlədir. Oğlum "Barsa"ya keçdiyi üçün burada daha çox olacağam".
Qeyd edək ki, 2003-2008-ci illər aralığında Kataloniya klubunda forma geyinən Ronaldinyo İspaniya nəhənginin forması ilə çıxdığı 207 matçda 94 qol vurub və 70 məhsuldar ötürmə müəllifi olub.
Nihat