"Fənərbağça"nın yarımmüdafiəçisi Linkoln Enrike Türkiyədə yaşanan zələzələ fəlakətində evsiz qalan uşaqlı ailəni qonaq etmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
"Hamımız zəlzələdən zərərçəkənlərə dəstək olmalıyıq. Ailə olaraq zəlzələdə evi dağılan, uşaqlı bir ailəni çətinliklər arxada qalana qədər qonaq etmək istərdik. Səlahiyyətli şəxslər bizimlə əlaqə saxlaya bilər. İstanbula gətiriləcək ailənin bütün otel xərclərini ödəməyə hazıram".
Röya