Milan "İnter"inin və Niderland millisinin cinah müdafiəçisi Denzel Dümfris karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Xəbərə görə, onun xidmətində "Çelsi" maraqlıdır və futbolçunun özü "zadəganlar"ın formasını geyinmək perspektivinə isti yanaşır. Mənbə bu transferin cari mövsümün sonunda baş tuta biləcəyini vurğulayıb.
Daha öncə "Tottenhem" və "Mançester Yunayted"in də sözügedən oyunçunu heyətə qatmağı planlaşdırdıqları barədə məlumatlar dərc edilmiş, "qara-göylər"in Denzeli 40 milyon avroya satmağı hədəflədiyi bildirilmişdi.
Qeyd edək ki, Dümfrisin "İnter"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Nihat