Qətər kubokunun yarımfinal görüşlərinə satılan biletdən əldə edilən gəlir Türkiyə və Suriyada zəlzələ qurbanı olan insanlara bağışlanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Rəsmi sayt üzərindən yayılan bəyanatda insanları bilet alaraq yardıma qoşulmağa dəvət ediblər.
Qeyd edək ki, sözügedən görüşlər sabah keçiriləcək. "Əl Sədd" "Əl Arabi"ni, "Əl Duhail" isə "Əl Şakrah"ı qəbul edəcək.
Röya