Hücum xəttində rəqabət yaratmağı qarşısına məqsəd qoyan "Mançester Yunayted" "Tottenhem"in forvardı Harri Keyni sıralarına cəlb etməkdə israrlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Xəbərə görə, MY bu keçidə görə qarşı tərəfin istəyəcəyi məbləği ödəməyə hazır olsa da, Hotspur klubu "vuran ayağ"ın karyerasını başqa İngiltərə təmsilçisində davam etdirməsinə qarşıdır. Mənbə "Tottenhem"in Harrini yalnız əcnəbi klublardan birinə sata biləcəyini vurğulayıb.
Qeyd edək ki, Keyn bu mövsüm "Tottenhem" forması bütün turnirlərdə 29 matça çıxıb. İngiltərə millisinin forvardı bu görüşlərdə 19 qol vurub.
Nihat