PSJ klubu özünə yeni stadion tikir.
Fanat.Az xəbər verir ki, parislilər artıq arenanın inşası üçün üçün "Legends and Colliers" şirkəti ilə müqavilə imzalayıb.
Bu barədə "Lequipe" məlumat yayıb.
Fransa çempionu əvvəlcə "Parc des Princes"i almaq və tutumunu artırmaq istəyirdi. Bununla belə, Paris meri Ann Hidalqo stadionun satılmadığını bildirib. Bundan sonra PSJ öz arenasını inşa etmək qərarına gəlib.
"Legends and Colliers" əvvəllər "Tottenhem", "Real Madrid", "Liverpul" və "Mançester Siti" klubları ilə çalışıb. Şirkətin qarşısındakı ilk vəzifə Parisdə yeni stadion tikmək üçün yer tapmaqdır.
Mirağa