"Bayern Münhen"in baş məşqçisi Yulian Naqelsman "Barselona"nın futbolçusunu gözaltı edib.
Fanat.Az xəbər verir ki, söhbət 18 yaşlı ispaniyalı yarımmüdafiəçi Qavidən gedir.
Məsələ ondadır ki, "Barselona"nın Qavi ilə yeni müqaviləsi La Liqada hələ də qeydiyyatdan keçməyib. Münhenlilər isə bu durumdan faydalanmaq fikrindədirlər.
Belə ki, Almaniya təmsilçisi sözləşmənin satış bəndinə uyğun olaraq 50 milyon avro ödəyib Qavini Bundesliqaya cəlb etmək niyyətindədir.
Röya