Ukrayna millisinin və Donetsk "Şaxtyor"unun hücumçusu Daniil Sikan Türkiyə toplanışı zamanı məskunlaşdıqları oteldə rus turistlərdən birini döyüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "YouTube" üzərindən yayımlanan "Vzbirna" kanalı yayıb.
Xəbərə görə, Daniilin əynində "Şaxtyor" formasını görən bir qrup rusiyalı Ukrayna əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Buna dözməyən Sikan onlardan ən fəalını güclü zərbə ilə yerə sərib. Həmin şəxs dərhal xəstəxanaya çatdırılıb və orda ağır dərəcəli kəllə-beyin travması aldığı müəyyənləşib. Mənbə "Şaxtyor" rəhbərliyinin işə qarışaraq vəziyyəti sığortaladığını və futbolçunun məsuliyyətdən yayındığını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm Ukrayna çempionatında 13 oyuna çıxan Daniil 6 qol vurub. O, 2021-ci ildən çağırıldığı yığmada 6 görüş keçirib və rəqib qapılarına 1 dəfə yol tapa bilib.
Nihat