Bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxışı ilə diqqət çəkən "Liverpul"un yarımmüdafiəçisi Artur Melo sıraya dönüb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, mersisaydlıların futbolçusu ümumi qrupla məşqlərə başlayıb.
Braziliyalı zədəsini sağaldıb və artıq komandaya kömək edə bilər.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən bu mövsüm "qırmızılar"ın heyətində cəmi 13 dəqiqə çıxış edib. Braziliyalı futbolçu "Liverpul"da icarə əsasında çıxış edir.
Mirağa