"Çelsi"nin baş məşqçisi Qrem Potter Pyer-Emerika Obameyanqın klubdan ayrılacağı ilə bağlı iddialara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, ingiltərəli mütəxəsis bu barədə "Sky Sports"a danışıb:
"Pyer-Emerikanın karyerası ilə bağlı verəcək bir xəbərim yoxdur. Obameyanq komanda ilə birgə məşq edir və çox da yaxşı məşq edir. O, həqiqətən peşəkardır. Komanda yoldaşları ilə də münasibətləri yaxşıdır. Hələ ki, burdadır və ondan gözlədiyim kimi çıxış edir".
Qeyd edək ki, bir neçə gündür 33 yaşlı fransalı hücumçunun MSL təmsilçisi "Los-Anceles"ə keçəcəyi bildirilir.
Röya