"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Pol Poqba haqda danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə insayder Fabritsio Romanoya belə deyib.
“Paul Pogba zədəlidir və durumu qeyri-müəyyəndir. O, komandanın bir hissəsi ola bilməz, Üzr istəyirəm, amma indi bu, reallıqdır”.
Mənbə "Qoca sinyora"nın hazırda ulduz futbolçu ilə müqaviləni pozmaq istəmədiyini də bildirib.
Qeyd edək ki, menisk, diz və omba nahiyəsindən zədə alan fransalı yarımmüdafiəçi mövsümün əvvəlindən turinlilərə kömək edə bilmir.
Mirağa