"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Liverpul"un əfsanəsi Stiven Cerrarddan üzr istəyib.
Fanat.Az xəbər verir ki, "Daily Mail"in əməkdaşı Cek Qoen "Twitter" hesabında kataloniyalı mütəxəssisin dediklərini belə çatdırıb: "Stiven Cerrarddan onun haqqında dediyim lazımsız və axmaq şərhlərimə görə üzr istəyirəm. Stiv mənim ona və karyerasına, bu ölkə üçün etdiyi hər şeyə nə qədər heyran olduğumu bilir. Özümdən utanıram, çünki o, buna layiq deyil".
Söhbət Quardiolanın “Mançester Siti”nin adının hallandığı maliyyə pozuntuları ilə bağlı iddialara verdiyi şərhdən gedir. O, bu barədə belə deyib: "Cəzadan asılı olmayaraq, o bizə məxsusdur. Yaşadığımız yaxşı və pis nə varsa, bizə aiddir, o anları heç kim əlimizdən ala bilməz. Onları dəyişdirmək mümkün deyil. Serxio Aqueronun qolu... Mən Cerrarda hörmət edirəm, amma onun sürüşməsi və Aqueronun fərqlənməsi bizim günahımızdırmı?”
Quardiola bu açıqlamalardan sonra Britaniya ictimaiyyətinin tənqidinə məruz qalıb və bu səbəbdən Cerrarddan üzr istəməyə məcbur olub.
Mirağa