Böyük Britaniyanın milyarderlərindən biri "Mançester Yunayted"i almaq istəyir.
Fanat.Az xəbər verir ki, söhbət İNEOS neft şirkətinin sahibi Cim Retkliffdən gedir.
Məlumatı "The Athletic" yayıb. Retkliff klubu almaq uğrunda Qətər şeyxi Casim bin Caber Əl-Tani ilə mübarizə aparacaq.
Qeyd edək ki, britaniyalı iş adamının 13,3 milyard fund sterlinq sərvəti olduğunu bildirilir. Fransanın "Nitsa" klubuna da İNEOS şirkəti rəhbərlik edir.
Xatırladaq ki, "Mançester Yunayted" klubunun səhmləri 2005-ci ildən Qleyzer ailəsinə məxsusdur.
Röya