"Çelsi"nin keçmiş futbolçusu Con Terri zəlzələ nəticəsində həyatını itirən "Hatayspor"un yarımmüdafiəçisi Kristian Atsunun ölümünə üzülüb.
Fanat.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb: "Hüzur içində yat, mənim qardaşım".
Qeyd edək ki, zəlzələ fəkakəti baş verən 6 fevral tarixindən 1-2 gün sonra Türkiyə mətbuatında Atsunun dağıntılar altından sağ çıxarıldığı və sadəcə ayağında zədə olduğu barədə xəbərlər yayılmışdı. Lakin futbolçunun meneceri Kristianın adını xəstəxana qeydiyyatında tapa bilmədikləri və ondan səs-soraq olmadığını açıqlamışdı. Bu gün isə futbolçunun meneceri Murat Uzunmehmet Atsunun öldüyü təsdiqlənib.
Röya