"Rayo Valyekano"da çıxış edən ulduz hücumçu Radamel Falkao Rusiya karyerasını Rusiyada davam etdirməyə yaxın olub.
Fanat.Az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov özünün “Telegram" kanalında paylaşım edib.
Mənbənin məlumatına görə, 37 yaşlı forvard mövsümün sonuna kimi icarə əsasında ÇSKA-da top qovmaq istəyib. O, hətta Rusiya klubunun yarımmüdafiəçisi Xorxe Karraskailə əlaqə saxlayaraq, Moskvaya köçməyə hazır olduğunu bildirib.
Lakin Falkaonun vəkilləri ona Rusiyadan gələn təklifdən imtina etməyi məsləhət görüblər. Beləliklə, keçid baş tutmayıb.
Falkaonun İspaniya komandası ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 2 milyon avro qiymətləndirir.
Falkao bu mövsüm La Liqada 17 oyuna çıxıb, 2 qol vurub.
Mirağa