"Atletiko Madrid" baş məşqçi dəyişikliyini reallaşdırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Dieqo Simeonenin postuna üç namizəd var.
İnsayder Nikolo Skiranın sosial şəbəkə hesabında verdiyi məlumata görə, madridlilər Mauritsio Poçettino, Luis Enrike və Marselino Qarsiya Toralı nəzərdən keçirir. Hazırda hər üç mütəxəssis işsizdir.
Simeone 2011-ci ildən "Atletiko Madrid"in baş məşqçisidir. 52 yaşlı argentinalı mütəxəssisin müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
"Atletiko" bu mövsüm La Liqada lider "Barselona"dan 18 xal geri qalaraq hazırda dördüncü yerdə qərarlaşıb.
Mirağa