Mönhenqladbax "Borussiya"sı son Bundesliqa matçında "Bayern Münhen" üzərində qazandıqları qələbədən (3:2) sonra rəqibinə sataşıb.
Fanat.Az xəbər verir ki, Mönhenqladbax klubunun rəsmi "twitter" səhifəsində "Bayern"in İdarə Heyətinin sədri Oliver Kanın özündən çıxmış vəziyyətdə fotosu yerləşdirib. Fotoya belə məzmunda atmaca da əlavə edilib:
"Zommer aldığın halda, "Borussiya"nı uda bilməyəndə sən".
Qapıçı Yan Zommer bu qış "dayçalar"ı "Bayern"ə dəyişib.
Mönhenqladbax təmsilçisi son dörd Bundesliqa oyununda "Bayern"ə uduzmur. Bu, turnirin rekord nəticəsidir. Bundesliqanın tarixində sözügedən kollektiv Münhen klubunu 28 dəfə yenib ki, bu da rekorddur. "Bayern" "Borussiya"nı son 8 ildə səfərdə cəmi 2 dəfə üstələyib.
Nihat