"Bayern Münhen" "Çelsi"nin ulduz futbolçusuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, Bundesliqa klubu Hakim Ziyeşin xidmətində maraqlıdır.
Məlumatı "Fichajes" yayıb.
Mərakeş millisinin üzvü yanvarda PSJ-yə keçə bilərdi. Lakin "Çelsi" tərəfi sənədlərdə yalnışlığa yol verdiyi üçün transfer baş tutmadı.
Fransa klubu hələ də futbolçunu heyətinə cəlb etmək niyyətindədir. Lakin münhenlilər PSJ-ni geridə qoymaq arzusundadırlar.
Röya