"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike və "Real Madrid"in keçmiş qapıçısı İker Kasilyas La Liqaya həsr edilmiş verilişlərin birində hakimlərin sözügedən İspaniya nəhənglərinə münasibətindən danışıblar.
Fanat.Az xəbər verir ki, öncə Kasilyas ədalət təmsilçilərinin Kataloniya komandasına tez-tez kömək etdiklərini dilə gətirib.
Pike isə öz növbəsində referilərin digər rəqiblərlə çempionat matçlarında müxtəlif qərarlarla həm "Real"ı, həm də "Barsa"nı dəstəklədiklərini vurğulayıb. Jerarın fikri ilə razılaşmayan İker ona belə cavab verib:
"Yox, yalnız bir komandanın qapısına artıq 2 ildir ki, penalti təyin edilmir. Bu, inanılmazdır. Tiki-takanın axırı necə oldu?"
Nihat