"Roma" Avropa Liqasının pley-off mərhələsində "Zaltsburq"u 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Fanat.Az xəbər verir ki, İtaliya klubunun hücumçusu Paulo Dibala UEFA-nın rəsmi saytına açıqlamasında qələbəni şərh edib:
"Çətin görüş idi. Amma biz final matçına çıxmış kimi oynadıq. İnanılmaz oyun sərgilədik. İstək və xarakter nümayiş etdirdik”.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 15:00-da keçiriləcək püşkatma mərasimində "Roma"nın 1/8 finaldakı rəqibi bəlli olacaq.
Röya