İngiltərə millisinin və "Vest Hem"in müdafiəçisi Deklan Raysın maraq dairəsində olan Premyer Liqa nəhənglərinin sırasına daha biri qoşulub.
Fanat.Az xəbər verir ki, bu iddianı "Talksport" nəşri yayıb.
Liqanın aşağılarına doğru geriləyən komandada çıxış edən 24 yaşlı müdafiəçini İngiltərənin demək olar bütün iddialı klubları istəyir. Belə ki, "Mançester Yunayted", "Arsenal" və "Mançester Siti"dən sonra, "Liverpul" da rəqabətə qoşulub.
Çempionlar Liqasında "Real Madrid"dən beş qol buraxan Mersisayd klubunun baş məşqçisi Yürgen Klopp onu əsas transfer hədəfi sayır.
Qeyd edək ki, ingilis futbolçu "Çelsi"nin yetirməsidir. O, 2014-cü ildə "Vest Hem"in gənclərdən ibarət komandasına cəlb edilib, 2017-ci ildən isə əsas komandada çıxış edir.
Mirağa