"Liverpul" İtaliya A Seriyasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, "mersisaydlılar" "İnter"in müdafiəçisi Alessandro Bastonini gözlatı ediblər.
Məlumatı "Fichajes" yayıb.
Xəbərə görə, İngiltərə klubu 23 yaşlı italiyalını yayda transfer etməyi planlaşdırır. Lakin mövsümün sonunda Çempionlar Liqasına düşə bilməsə, Bastonini razı salmaq çətin olacaq.
Qeyd edək ki, futbolçu "Real Madrid"in də hədəfindədir.
Röya