Yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi hədəfləyən "Real Madrid" "Çelsi"dən Kristian Pulişiçi transfer edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Defensa Central" yayıb.
İddiaya görə, "Kral klubu" ABŞ millisinin üzvünü Vinisius Junior və Rodriqoya əvəzedici kimi nəzərdən keçirir.
"Transfermarkt" 24 yaşlı futbolçunun dəyərini 38 milyon avro göstərir.
Kristian Pulişiç "Çelsi"nin heyətində 136 rəsmi oyun keçirib. O, bu görüşlərdə 26 qol vurub və 21 məhsuldar ötürmə edib.
Mirağa