İtaliya A Seriyasının 24-cü turunda son çempion "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, milanlıların ulduzu Zlatan İbragimoviç qarşılaşmanın ikinci yarısında meydana çıxmaqla uzun fasilədən sonra ilk dəfə topa toxunub.
Qarşılaşmadan sonra jurnalistlər çempionatdakı vəziyyət barədə nə düşündüyünü soruşublar. "Fianetamilan.it" isveçli forvardın dediklərini belə çatdırıb: "Napoli" yaxşı formadadır, bu, heç kimə sirr deyir. Komanda uğurun yolunu tapıb. Bunda təkcə Xiviça Kvratsxeliya amilini qabartmayın, komanda təkcə ona görə zirvədə deyil. Bunda bütün komandanın rolu var. O cümlədən baş məşqçi də. Bu il hər şey onların xeyrinə cərəyan edir".
Mirağa