"Nyukasl"ın müdafiəçisi, əvvəllər "Atletiko Madrid"in formasını geyinmiş Kiran Trippyer İspaniya klubunun baş məşqçisi Dieqo Simeoneni tərifləyib.
Fanat.Az xəbər verir ki, "The Guardian" onun dediklərini belə çatdırıb:
"Simeone inanılmaz mütəxəssisdir. Argentinalıya onun komandasında olanlar da hörmət edir, olmayanlar da. "Atletiko"da qazandığım təcrübə mənim üçün çox dəyərlidir. Şadam ki, orda olmuşam".
Qeyd edək ki, 32 yaşlı Trippyer 2019-2022-ci illər aralığında "Atletiko"da forma geyinib və bu komanda ilə İspaniya La Liqasının qalibi adını qazanıb.
Nihat